Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin ərazini kütləvi formada tərk etdikləri təsdiqlənib. 

Unikal.org AFP-yə xəbər verir ki, Dağlıq Qarabağdakı qondarma rejimin “ombudsman”ı Artak Beqlaryan bölgədən 70 000-75 000 nəfərin qaçdığını bildirib.

“İlkin rəqəmlərə görə, insanların 50 %-i Qarabağdan Ermənistana gedib”, o deyib.