Türkiyədə son sutka ərzində 56 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1581 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8609, virusa yoluxanlar isə 329 138 nəfərə çatıb.

Türkiyədə indiyədək 288 954 pasiyent (son sutkada 1355 nəfər) sağalaraq evə buraxılıb.