Moskvada son sutka ərzində daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 497-yə çatıb.

Qeyd edək ki, indiyə kimi Moskvada 314 788 nəfər koronavirusa yoluxub, 256 362 nəfər isə virusa qalib gəlib.