Ermənistanın Baş naziri Nikol Paşinyan müsahibə zamanı növbəti dəfə çətinliklə üzləşib.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyanın “Birinci kanal”ına müsahibəsi zamanı hökumət evində işıqlar sönüb. Bu zaman o, suala cavab vermək üçün rezerv generatorun işə düşməsini gözləməli olub.

Ölkənin baş nazirinin müsahibəsi zamanı hökumət evində işıqların sönməsi Ermənistandakı acınacaqlı vəziyyəti bir daha sübuta yetirib.