ABŞ Prezidenti Donald Tramp koronavirusdan müalicə aldığı "Walter Reed" Hərbi Xəstəxanasından buraxıldıqdan sonra amerikalılara video mesaj göndərib.
Unikal.org xəbər verir ki, mesajında "Bu xəstəlik Tanrının bir lütfü olduğunu düşünürəm",- deyə qeyd edən Tramp, həkimlərinin əla iş gördüklərini ifadə edərək, "Xəstəxanaya getdiyimdə özümü yaxşı hiss etmirdim. Mənə "Regeneron" adlı bir dərman verdilər, onun ən əsas dərman olduğunu düşünürəm, qısa müddətdə baş verənlər inanılmaz idi. Özümü yaxşı hiss etdim. O məni sağaıtdı", - deyə bildirib.
Regeneron adlı dərman üçün "təcili istifadə" icazəsi verəcəyini ifadə edən Tramp, "Xəstəxanadasınız və özünüzü pis hiss edirsinizsə, bu dərmanı pulsuz ala biləcəksiniz" - deyə qeyd edib.
Son aylarda elm adamlarının Covid-19 ilə mübarizə baxımından "inanılmaz" bir iş gördüyünü vurğulayan Tramp, Covid-19-a qarşı təsir göstərən bu dərmanın peyvənddən daha vacib olduğunu da vurğulayıb.