Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov bütün hökuməti, o cümlədən baş naziri istefaya göndərməyə hazır olduğunu bəyan edib.
Unikal.org xəbər verir ki, dövlət başçısı bu qərarın yeni şəxslərin təyinatı üçün qanuni əsas yaradacağını bildirib.
Qeyd edək ki, ölkədə parlament seçkilərinin nəticələrinin elan edilməsindən sonra kütləvi etirazlar başlamışdı. Bu etirazlar fonunda baş nazir, spiker istefa verdiyini açıqlamışdı.