Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 30 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5560-a çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 321 812 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 3701 nəfər təşkil edib. Ümumilikdə 259 127 xəstə sağalıb.