Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazirin məlumatında göstərilir ki, koronavirusdan ölənlərin ümumi sayı 8 722 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 1 629 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 332 382 nəfərə yüksəlib.