Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev şənbə günü xüsusi polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS-a Sosial Demokrat Partiyasının qərargahından məlumat verilib.
“Atambayev saxlanılıb, hazırda eks-prezidentə qarşı həbs qətimkan tədbiri məsələsi həll olunur”, - deyə o bildirib.
“Sputnik” isə sosial şəbəkələrdə A.Atambayevin arvadı Raisa Atambayeva, həmçinin oğulları Kadir və Seyidin saxlanıldığı barədə fotoların yayımlandığını bildirib.