Cənubi Afrika Respublikasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə yerli “eNCA” televiziya kanalı məlumat yayıb.

Hadisə Kvazulu-Natal vilayətində qeydə alınıb. Belə ki, sərnişin daşıyan mikroavtobus idarəetməni itirərək aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində 12 sərnişin ölüb, 6-sı isə xəsarət alıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.