BMT-nin baş katibi Antonio Quterreş Bakı və İrəvanı atəşkəsə əməl etməyə və onun təfərrüatları barədə razılığa gəlməyə çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

Qeyd edək ki, ötən gün Moskvada Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Danışıqların nəticəsi olaraq bu gündən humanitar məqsədlərlə atəşkəs elan olunub.

Xatırladaq ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib. Bölmələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən düşmən geri çəkilməyə məcbur edilib.