Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 26 749 nəfər yoluxub.

Unikal.org xəbər verir ki,  bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 082 637 nəfərə çatıb.

Qeyd edək ki,  ötən sutka ərzində koronavirusdan 559 nəfər ölüb, ölənlərin ümumi sayı 150 198 nəfər təşkil edir.