Türkiyədə son sutka ərzində 59 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, pandemiya qurbanlarının sayı 8837-ə çatıb. Virusa yoluxanların sayı son sutkada 1502 nəfər artaraq 335 533-ə yüksəlib.
Türkiyədə indiyədək 294 357 pasiyent (son sutkada 1212 nəfər) sağalaraq evə buraxılıb.