Tacikistanda bazar günü keçirilən prezident seçkilərində Emomali Rahmon qələbə qazanıb.
Unika.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsinin sədri Bəxtiyer Xudayerzoda bildirib.
“İlkin nəticələrə görə, prezident seçkilərində 90,92% səs toplamaqla dövlət cari başçısı Emomali Rahmon qalib olub”, - deyə MSK sədri qeyd edib.
1992-ci ildən bəri ölkəyə rəhbərlik edən Rahmon üçün bu, beşinci seçkidir. Seçkilərin gedişatını MDB, ŞƏT, KTMT, ATƏT, Dövlət Duması və Federasiya Şurasından müşahidəçilər izləyiblər. Heç bir qanun pozuntusu qeydə alınmayıb.