İranda ötən sutka ərzində 272 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

onun sözlərinə görə, bununla da İranda virusdan ölənlərin sayı 28816 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2063 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 504281 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 409121 nəfər koronavirusdan sağalıb.