Türkiyədə son sutka ərzində 58 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 1614 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8895, virusa yoluxanlar isə 337 147 nəfərə çatıb.
Türkiyədə indiyədək 295 658 pasiyent (son sutkada 1301 nəfər) sağalaraq evə buraxılıb.