BMT Baş katibi qlobal istiləşmə ilə mübarizə planı hazırlayıb və bunun insan sivilizasiyasının varlığını təhdid etdiyini söyləyib.
Unikal.org xəbər verir ki, Antoniu Quterreş "TED Countdown”un himayəsi altında keçirilən forumda danışarkən xəbərdar edib
"Əgər indi hərəkət etməsək, bu əsr insanlıq üçün son əsr ola bilər” deyib.
Quterreş qlobal istiliyin Selsi şkalası ilə 1.5 dərəcə səviyyəsində saxlanılmasının lazım olduğunu xatırladıb. İqlimşünasların tövsiyələrinə baxmayaraq, bu tapşırıq hazırda yerinə yetirilmir.
"Dünyada milyardlarla insan onsuz da hərəkətsizliyimizdən əziyyət çəkir. Yanacaqlara olan köklü asılılığımız bizi bir yerdə addımlamağa məcbur edir. Qlobal iqlim dəyişiklikləri misli görünməmiş meşə yanğınlarına, sıx və tez-tez baş verən siklonlara, daşqınlara, quraqlıqlara və digər ekstremal hava hadisələrinə səbəb olur” bildirib.
O, dünyada heç bir ölkənin iqlim böhranından sığortalanmadığını qeyd edib: "Əlavə olaraq, hər bir ölkədə əhalinin ən yoxsul və həssas təbəqələri ən çox əziyyət çəkir, bunlar iqlim dəyişikliyi probleminin ortaya çıxmasında ən az iştirak edirlər”.
"Son 25 ildə dünya əhalisinin ən zəngin 10% -i atmosferdəki karbon emissiyalarının yarısından çoxunu, ən yoxsul 50% -i isə cəmi yeddi faizini təşkil edir. Hələ daha etibarlı, daha ədalətli və davamlı bir dünya qura bilərik, amma tez hərəkət etməliyik” deyib Guterres.
Hökümətləri və bütün beynəlxalq cəmiyyəti aşağıdakı prinsiplərə əsaslanan bir plan qəbul etməyə çağırıb:
– "Yaşıl” iş yerlərinə prioritet investisiyalar;
– ətraf mühiti çirkləndirən sənaye sahələrini dəstəkləməkdən imtina;
– yanacaqların çıxarılması və emalı ilə məşğul olan müəssisələrə verilən subsidiyaların dayandırılması;
– hər hansı bir maliyyə və siyasi qərar qəbul edərkən iqlim risklərinin nəzərə alınması;
– qarşılıqlı yardım və həmrəylik ruhunda qlobal əməkdaşlıq;
– planetdə sağlam bir iqlim uğrunda mübarizədə geri qalan dövlətlərə kömək.