Türkiyədə prokurorluq dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən ilə əlaqədə şübhəli bilinən 110 hərbçinin həbsinə order verib.
Unikal.org “Anadolu”ya istinadla xəbər verir ki, orderi İzmir prokurorluğu verib.
Məlumata əsasən, həbslər Türkiyənin 25 vilayətində həyata keçirilir. Artıq 89 nəfərin nəzarətə alındığı bildirilir. Şübhəli bilinən 110 hərbi qulluqçudan 105-i hələ də orduda xidmətdədir, onlardan 98-i Hərbi Hava Qüvvələrinin, 12-si Sahil Mühafizəsinin zabitidir.