Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 569 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 12 841 nəfərə, ölənlərin sayı isə 102 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 6 867 nəfərin sağaldığı bildirilir.