Kanat İsayev Qırğız Respublikası parlamentinin yeni sədri seçilib.
Unikal.org qırğız mediasına istinadən xəbər verir ki, Kanat İsayev parlamentin “Kırğızıstan” fraksiyasının üzvüdür.
Xatırladaq ki, Qırğız Respublikası parlamentinin sədri, Bir Bol Partiyasının lideri Mıktıbek Abdıldayev oktyabrın 10-da istefa verib.
Qeyd edək ki, oktyabrın 4-də Qırğız Respublikasında parlament seçkiləri keçirilib. Parlamentdəki 120 yer uğrunda 16 partiya mübarizə aparıb. İlkin məlumata görə, 46 deputatla ən çox yeri Birimdik Partiyası qazanıb. Sonrakı yerlərdə 45 deputatla Mekenim Qırğızıstan Partiyası, 13 deputatla Butun Qırğızıstan Partiyası gəlirdi. Ancaq bu partiyalar 7 faizlik seçki baryerini aşmışdı.
Oktaybrın 5-də başlayan etiraz aksiyaları fonunda Qırğızıstan Mərkəzi Seçki Komissiyası son seçkilərin nəticələrini ləğv edib. Hazırda respublikada keçmiş deputatların səlahiyyətlərinin icrasını davam etdirir.