Ukrayna hökuməti koronavirus pandemiyası səbəbindən məhdudiyyətləri dekabrın 31-dək uzatmaq qərarına gəlib.
Unikal.org KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Denis Şmıqal açıqlama verib.
“Hökumət adaptiv karantini il sonuna kimi uzatmaq qərarına gəldi”, – deyə Şmıqal bildirib.
Onun sözlərinə görə, karantini uzatmaq təkcə Ukraynada deyil, bütün dünyada koronavirusla mübarizədə daha təsirli mexanizmdir.
Baş nazirin sözlərinə görə, bununla belə karantin qaydalarında bəzi dəyişikliklər ediləcək. Belə ki, bundan sonra “yaşıl zona”da 50-dək, “narıncı zonada 30-dək, “sarı zona”da 20-dək insanın iştirakı ilə kütləvi tədbirlərə icazə veriləcək. “Qırmızı zona”da isə kütləvi tədbirlərin keçirilməsi qadağandır.
Qeyd edək ki, Ukraynada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb.