Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində hökumət evinin yanında cari prezidentin istefası tələbi ilə yüzə yaxın insan toplaşıb.
Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti” yazır.
Hazırda hökumət evinin əsas girişinin pilləkənləri üzərində səs aparatı quraşdırılıb, aktivistlər çıxış edirlər. Mitinq iştirakçıları prezident Sooronbay Jeenbekov və spikerin istefasını, eləcə də Sadır Japarovun baş nazir postuna təyin edilməsini tələb edirlər.
Xatırladaq ki, bir neçə saat öncə Qırğızıstan parlamentinin koalisiyası respublikanın baş naziri vəzifəsinə Sadır Japarovun namizədliyini dəstəkləyib. Japarovun namizədliyi bütün palatanın səsverməsinə çıxarılacaq.
Qırğızıstan parlamenti oktyabrın 10-da Japarovun baş nazir vəzifəsinə namizədliyini, kabinetin strukturu və tərkibini təsdiqləyib. Ancaq prezident qərarı imzalamayaraq parlamentə qaytarıb. Dövlət başçısı bildirib ki, Japarovun təsdiq olunduğu iclasda kvorum olmadığı üçün qərar qanunsuzdur. Qanunverici Məclis oktyabrın 14-də Nazirlər Kabinetinin tərkibinə yenidən baxmağı planlaşdırır.