Əfqanıstanın Herat və Kunar əyalətlərində partlayışlar törədilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 10 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Tarık Aryen bildirib ki, minalar Herat əyalətinin Kuşki-Kuxna və Kunar əyalətinin Asmar rayonlarında nəqliyyat vasitələrinin hərəkət etdiyi yolda partladılıb. Nazirlik rəsmisi terror aktına görə "Taliban" hərəkatını ittiham edib.
"Talibançı"lar hələ məlumatı şərh etməyiblər.