Əfqanıstanda terror aktı törədilib, 15 nəfər həlak olub.
Unikal.org-un verdiyi xəbərə görə, terror aktı Zabul əyalətinin Kalat şəhəri yaxınlığındakı polis postunda törədilib.
Yerli polisin verdiyi məlumata görə, partlayıcı yüklənmiş yük maşını polis postunda partladılıb, hadisə nəticəsində 15 nəfər həlak olub, 26 nəfər yaralanıb.