Qırğızıstanın Daxili İşlər Nazirliyi və Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri hazırda respublika prezidenti Sooronbay Jeenbekovun olduğu Bişkekin cənubunda yerləşən “Ala-Arça” dövlət iqamətgahının ətrafında toplanıb.
Unikal.org xəbər verir ki, bu barədə TASS agentliyi dövlət iqamətgahının yaxınlığındakı şahidlərə istinadla məlumat verir.
Onların sözlərinə əsasən, içərisində milis zabitləri və hərbçilər olan bir neçə avtobus və hərbi yük maşını “Ala-Arçı”nın şimal tərəfinə tərəfində dayanıb.
“Milis işçiləri və zabitlər hələ hərbi avtomobillərin və avtobusların içərisindədir”, - hadisələrin şahidlərindən biri bildirib.
Eyni zamanda dövlət iqamətgahından cəmi 400-500 metr aralıda, İssık-Kul hotelinin yaxınlığında Baş nazir Sadır Japarovun minə yaxın tərəfdarı toplanıb, onlar ölkə başçısının istefasını tələb edirlər.
Xatırladaq ki, Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov Sadır Japarovun Baş nazir təyin edilməsi haqqında dünən sərəncam imzalayıb. Yeni Baş nazir dövlət başçısının istefasına nail olacağını bildirib. Jeenbekov isə parlament seçkilərindən sonra vəzifəsindən gedəcəyini bəyan edib.