Gürcüstanda son sutkada daha 887 nəfərdə koronavirus aşkarlanıb, 246 nəfər sağalıb, 11 pasiyent isə vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 15 327 nəfərə çatıb. Sağalanların sayı 7 613, vəfat edənlərin sayı isə 124 olub.
Hazırda karantində 5 721, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 1 090 asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.