Türkiyənin Adana şəhərində beynəlxalq terror təşkilatı İŞİD üzvü olan Fransa vətəndaşı Sumaya Ressi saxlanılıb.
Unikal.org bu barədə “Hurriyet” qəzetinə istinadla xəbər verir.
Qadının Fransanın sorğusu əsasında “xüsusi təhlükəli terrorçu” kimi İnterpolun “qırmızı bülleteni”nə salındığı qeyd edilir.
Məlumata əsasən, Ressi Tunis əsillidir. Saxlanılarkən onun üzərində saxta Suriya vətəndaşı pasportu aşkar olunub.