Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 73 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 117 005 şübhəli koronavirus testindən keçib, onlardan 1812-nin cavabı pozitiv çıxıb, 1419 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1445 nəfər olub.
Türkiyədə ümumilikdə 301 098 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9153 nəfər ölüb.