Türkiyəli müğənni Sibel Can da Azərbaycana dəstək paylaşımı edib.
Unikal.org xəbər verir ki, sənətçi 2,5 milyonluq "Instagram"ında hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.
"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan" deyə, Sibel Can paylaşımında qeyd edib.