Türkiyənin tanınmış aktyoru Cem Yılmaz da işğalçı Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi terror siyasətini pisləyib.
Unikal.org xəbər verir ki, sənətçi öz instaqram hesabında Azərbaycan bayrağını paylaşaraq ermənilərin təxribatlarına göz yuman ölkə və təşkilatları qınayıb.
“Can qardaşımız Azərbaycan xalqına ən yaxın zamanda savaşdan, qandan, acıdan uzaq günlər arzu edirəm. Ədalətsiz dünyaya heyrətlə baxıram...Ən yaxın zamanda bu zülmün bitməsini istəyirəm”.