Şimali Koreyanın “Kimsuky” haker qruplaşması Rusiyanın hərbi sənaye təşkilatlarına bir neçə dəfə hücum ediblər.
Unikal.org xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, hakerlər aerokosmik şirkətlərlə bağlı məxfi informasiyaları ələ keçirməyə cəhd ediblər.
Hücumlara, həmçinin “Rostex”, “RT-İnform” şirkətlərinin məruz qaldığı qeyd edilib.