ABŞ Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxara bilər.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"Sudanın yeni hökuməti terror qurbanları olan amerikalılara və onların ailələrinə 335 milyon dollar məbləğində təzminat ödəməyi qəbul edib. Vəsait ödənildikdən sonra Sudanı terrorizmin sponsorları olan ölkələrin siyahısından çıxaracağam", - Tramp qeyd edib.