İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çərşənbə axşamı hava əlaqəsi, vizasız rejim, investisiyaların qorunması və elm və texnologiya sahəsində əməkdaşlıq barədə ikitərəfli müqavilələr imzalayıblar.
Unikal.org TASS agentliyinə istinadla xəbər verir ki, hər iki ölkənin nümayəndələri sənədləri Təl-Əviv yaxınlığındakı Ben-Qurion hava limanında Baş nazir Binyamin Netanyahu, ABŞ Maliyyə naziri Stiven Mnuçin və BƏƏ-nin Maliyyə naziri Obeid bin Humeyda ət-Tayerin iştirakı ilə imzalayıblar.