ABŞ-ın xam neft ehtiyatları artır.
Unikal.org xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 600 min barrel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 5,42 milyon barrel azalmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.