Ermənistanın İctimai radiosu türkiyəli müğənni Sərdar Ortacın şəklindən istifadə edərək ölkələrinin vətəndaşlarını aldadıb.

Unikal.org xəbər verir ki, erməni ordusu tərəfindən öldürüldüyü iddia olunan azərbaycanlı əsgərlərin yalan siyahısını yazan radio xəbərdə popçu Sərdar Ortacla aktyor Kan Girginin fotosunu yayıb.

Sözügedən foto isə türkiyəli müğənni hərbi xidmətdə olarkən 2000-ci ildə Sivasda çəkilib. Bu fakt bir daha onu göstərir ki, ermənilər yalan siyahılar və fotolarla ictimaiyyəti aldatmağa çalışır.