Xəbər verdiyimiz kimi, Ermənistanın İctimai radiosu türkiyəli müğənni Sərdar Ortacın şəklindən istifadə edərək öz ölkə vətəndaşlarını aldadıb.
Belə ki, erməni ordusu tərəfindən öldürüldüyü iddia olunan azərbaycanlı əsgərlərin yalan siyahısını yazan radio xəbərdə popçu Sərdar Ortacla aktyor Kan Girginin fotosunu yayıb.
Məsələ ilə bağlı Sərdar Ortacın meneceri Zeki Dönməz ilə əlaqə saxladıq.
Unikal.org-a danışan müğənninin meneceri bu ifadələri işlədib:
"Xeyir sözügedən fotonu görmədik.
Bunun bir açıqlaması yoxdur. Onların bu paylaşımı bizim üçün önəm kəsb etmir. Sərdar Ortaç hər zaman Azərbaycanda baş tutan proqramların hamısına qatılır. O azərbaycanlıları sevir və dəstəkləyir".
Aygün İlqarqızı