Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 75 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 132 913 şübhəli koronavirus testindən keçib, onlardan 2198-nin cavabı pozitiv çıxıb, 1618 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1780 nəfər olub.
Türkiyədə ümumilikdə 363 999 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 97 874 nəfər ölüb.
F.Qoca xəstəliyə yoluxma, ağır xəstə sayının artmasından narahatlığını ifadə edərək bir daha vurğulayıb ki, COVID-19-la mübarizə üçün ən güclü silah tədbirlərə düzgün riayət etməkdir.