Dağlıq Qarabağda döyüş meydanında üstünlük əvvəlki kimi Azərbaycan tərəfində qalır. Prezident İlham Əliyev hər gün yeni-yeni ərazilərin və yaşayış məntəqələrinin götürüldüyünü bildirir - sonuncuların sayı artıq yüzü keçib. Belə ki, bazar günü axşam dövlət başçısı Azərbaycan Ordusunun Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir neçə kəndini, eləcə də Qubadlı şəhərini işğaldan azad etdiyini bildirib.
Bu barədə Rusiyanın Unikal.org qəzeti yazır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın hərbi potensialının ciddi şəkildə yüksəlməsinin “birinci siqnalı” 2016-cı ilin Aprel döyüşləri oldu. “İkinci siqnal” 2020-ci ilin iyul ayında baş verən qarşıdurmalar idi.
"Arsenal Oteçestva" jurnalının baş redaktoru, ehtiyatda olan polkovnik Viktor Muraxovskiyə istinadla Azərbaycanın texniki üstünlüyə malik olduğu bildirilir. Azərbaycan Ordusunun inkişaf etmiş və kifayət qədər müasir artilleriyasının olduğu qeyd edilir.
Müəllif əminliklə yazır ki, Azərbaycanın azad etdiyi ərazilərin geri qaytarılması qeyri-mümkün görünür.