ABŞ Maliyyə Nazirliyi növbəti dəfə İrana sanksiyaları genişləndirib.
Unikal.org xəbər verir ki, bu dəfə sanksiya siyahısında İranın Neft Nazirliyi və rəhbəri Bijan Namdar Zəngənənin də adı qeyd olunub.
Bundan əlavə, İranın bir neçə neft şirkəti və onların nümayəndələrinə də məhdudiyyət tətbiq edilib.