Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 61 nəfər ölüb.

Unikal.org xəbər verir ki,  bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 61 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 503 nəfərə çatıb.