Rusiyada koronavirusa yoluxanların sayı 1,61 milyon nəfəri keçib.
Unikal.org-un məlumatına görə, ölkədə son sutka ərzində 18 140 nəfər virusa yoluxub, 334 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 618 116 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 27 990 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 215 414 nəfər virusdan sağalıb, 374 712 nəfərin müalicəsi isə davam edir.