Həftəsonu baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı açıqlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. bBildirilib ki, son iki gündə ölkənin avtomobil yollarında baş verən yol-nəqliyyat hadisələri nəticəsində 5 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb.

Qəzalarda həyatını itirənlərdən iki nəfəri sürücü, üçü isə piyada olub.