Aktyor Ozan Güvenin qalmaqal yaşadığı keçmiş sevgilisi Deniz Bulutsuz kameralara tuş gəlib.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, aktyor Ozan tərəfindən döyüldüyü idda edilən Deniz uzun müddətdən sonra ilk dəfə görüntülənib.\
Nişantaşında dostları ilə istirahət edən Deniz media mənsublarını görən kimi tez qaçaraq bir məkana girib. Qısa müddət sonra dostları ilə birgə həmin məkanı tərk edib. Bulutsuzun dostları "Deniz xanım danışmaq istəmir" deyərək, çəkilişə icazə verməyiblər.
Bulutsuz tərəflər arasında son vəziyyyəti öyrənməyə çalışan jurnaslistlərə "Məhkəmə prosesimiz davam edir. Bu haqda heç nə danışmaq istəmirəm" deyə açıqlama verib.