Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan Əliyar Əliyevin doğulduğu kənd işğaldan azad edilib.

Unikal.org xəbər verir ki, Ali Baş Komandan İlham Əliyevin bu gün açıqladığı işğaldan azad edilən ərazilər arasında Ə.Əliyevin anadan olduğu Qubadlı rayonunun Qəzyan kəndi də var.

Mülki həyatda Ə.Əliyevin şagirdlərindən biri olan Mayis Bərxudarov Azərbaycan bayrağını Milli Qəhrəmanın şəhid olduğu "Laçın dəhlizi"ndə sancacağına söz verib.