Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin bu gün mülki əhalinin yaşadığı Bərdə və Tərtərə etdiyi hücumla bağlı fikrini bildirib.
Unikal.org xəbər verir ki, H.Hacıyev “Twitter” hesabında bu barədə paylaşım edib:
“Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı müharibə cinayətləri dayanmır. Ermənistanın hücumu nəticəsində Bərdədə bir gənc oğlan öldürüldü və Azərbaycanın Tərtər bölgəsində daha bir mülki şəxs yaralandı. Ermənistan tərəfindən öldürülən mülki şəxslərin sayı artmaqda davam edir”.