Rusiyada son sutka ərzində koronavirusa 20 498 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 774 334 nəfərə çatıb.

Rusiyada son sutkada 286 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 30 537 nəfərdir. İndiyədək 1 324 419 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.