Onlar hər şeyi inkar edirlər. Onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raketlə zərbə endirildiyini inkar edirlər. Ermənistanın baş naziri bunun yanlış məlumat olduğunu deyib. Buna baxmayaraq, sizin ölkəniz, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, onlar ballistik raketin haradan buraxıldığını asanlıqla aşkar edə bilərlər.

Unikal.org  xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “BBC News”a müsahibəsində söyləyib.

Dağlıq Qarabağda kilsəyə mərmi atılması iddiasına münasibət bildirən dövlətimizin başçısı deyib: “Mən bunun ya səhv olduğunu, ya da onların bunu qəsdən etdiklərini demişəm. Çünki həmin kilsənin mənim gördüyüm təsvirləri bunun çox kiçik bir zərər olduğunu göstərir. Bu zədəni maksimum iki həftə ərzində təmir etmək olar. Bu, birincisi. İkincisi, siz (“BBC News”un müxbiri-red.) burada, Bakıdasınız. Yəqin ki, siz şəhər mərkəzində bizim bərpa etdiyimiz erməni kilsəsini görmüsünüz. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Əgər biz ermənilərin dediyi kimi kilsələri dağıdırıqsa, nəyə görə buradakı kilsəni dağıtmamışıq?”.

Prezident qeyd edib ki, işğal olunmuş ərazilərdə Azərbaycan məscidlərinin hamısı dağıdılıb. Onlar bizim məscidlərdə donuz saxlayırlar. Azad edilmiş Zəngilandakı məsciddən bu yaxınlarda çəkilmiş videogörüntüdə onların orada donuz saxladıqları göstərilir.