Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqqını qoruyan və bölgəyə sabitlik gətirəcək diplomatik addımlar atırıq.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqqını və hüququnu qoruyan və bölgəyə sabitlik gətirəcək diplomatik addımlar atdıq və atırıq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.