"Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq.
Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar.
Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir".
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb: "Bu bəyanat uzun illər davam edən işğala son qoyur".