Yarandığı gündən Azərbaycanda dağçılıq sahəsində bir çox yeniliklərə imza atan, tələbələr üçün onlarla yarış və müsabiqə təşkil edən Qərbi Kaspi Universitetinin Dağçılıq Klubu qərargahı İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Beynəlxalq Dağçılıq Federasiyasına (UIAA - Union Internationale des Associations d'Alpinisme) assosiativ üzv qəbul olunub.
Unikal.org xəbər verir ki, eyni zamanda Qərbi Kaspi Universitetinin Dağ Mədəniyyətləri və Landşaftları Tədqiqat İnstitutunun direktoru Professor Hüseyn Bağırov UIAA-nın Dağların Qorunması Komissiyasına üzvlüyünə növbəti dəfə üzv seçilib.
UIAA-ya üzvlük Qərbi Kaspi Universitetinin Dağçılıq Klubuna bu sahə üzrə yeni əlaqələr qurmağa, tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsinə kömək etməklə yanaşı, xarici təcrübəni öyənmək və bunu gənclər arasında paylaşmağa imkan verəcək.